28 aprel 2025 at 16:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85816946
T T
0 Persons
Əliyev: İran və Azərbaycan arasında birgə əməkdaşlıq sənədləri münasibətlərdə gələcək irəliləyişə yol açır

Azərbaycan Prezidenti birgə mətbuat konfransının əvvəlində İran Prezidenti Pezeşkiyan və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq deyib: Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir. İnanıram ki, bu səfər iki ölkə arasında əməkdaşlığı və əlaqələri genişləndirəcək və inkişaf etdirəcək.

İlham Əliyev Pezeşkiyanla bugünkü birgə və təkbətək söhbətlərinə toxunaraq əlavə edib: Bu gün biz iki ölkə arasında strateji münasibətlərin vacibliyini vurğuladıq. Hər iki tərəfin əsas məqsədi ölkələr arasında fəaliyyət və əlaqələri genişləndirməkdir.

Prezident bəyan edib: Bu gün də çox mühüm sənədlər imzalandı. Bu sənədlərin iki ölkə prezidentlərinin iştirakı ilə imzalanması bizim bütün sahələrdə daha da yaxınlaşmaq üçün səylərimizi əks etdirir.

Azərbaycan Prezidenti deyib: Azərbaycan Respublikası və İran beynəlxalq təşkilatlara üzvlük yolu ilə bir-birini dəstəkləyir. Bu gün də biz bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq. Həmçinin gələcək beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

İlham Əliyev sonra deyib: Azərbaycan Respublikası ilə İran arasında əməkdaşlıq bütün sahələrdə regional təhlükəsizliyə əsaslanır. İkitərəfli əməkdaşlıqla yanaşı, bizim regional və çoxtərəfli əməkdaşlıq üçün də xüsusi şəraitimiz var. Habelə, iqtisadi sahədə də müxtəlif əməkdaşlıqlar aparılır.

Azərbaycan Prezidenti İran Prezidenti ilə təkbətək görüşə, eləcə də iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin görüşlərinə toxunaraq deyib: Bütün bu görüşlərdə biz birgə əməkdaşlığın genişləndirilməsini vurğuladıq.

Prezident bildirib: Doktor Pezeşkiyanın səfərindən əvvəl bizim çoxsaylı təmaslarımız olub və İranın yüksək səviyyəli rəsmiləri ilkin tənzimləmələr aparmaq üçün Azərbaycana səfər ediblər. Yüksək səviyyəli səfərlər zamanı yüksək vəzifəli şəxslər iki ölkə arasında həyata keçirilən birgə layihələrə baxış keçirib, nəzərdən keçiriblər. Bu qarşılıqlı səfərlər nəticəsində çox yaxşı sənədlər hazırladıq və ümid edirik ki, bu əməkdaşlıq sənədləri gələcəkdə münasibətlərin irəliləməsinə yol açacaqdır.

İlham Əliyev çıxışının davamında deyib: Şimal-Cənub dəhlizi bu layihədə iştirak edən bütün ölkələr üçün böyük əhəmiyyət kəsb edir və çox faydalı ola bilər. Biz bu layihəni aktivləşdirmək və həyata keçirmək üçün bütün lazımi addımları atmışıq və lazımi şəraiti təmin etmişik. Hazırda bizim diqqətimiz mövcud infrastrukturun, o cümlədən limanların, avtomobil yollarının və dəmir yollarının təkmilləşdirilməsinə yönəlib. Gələcəkdə gözlədiyimiz malların artan həcminə hazırlaşmaq üçün infrastrukturu inkişaf etdirməyə davam edirik.

Prezident deyib: Bu gün humanitar və mədəniyyət sahəsində lazımi tapşırıqlar vermişik. Təəssüf ki, səkkiz il idi ki, mədəni görüşlər və məsləhətləşmələr dayandırılmışdı. Biz göstəriş verdik ki, bu görüşlər daha qısa fasilələrlə keçirilsin.

O, iki xalq arasında mədəni ortaqlıqlara və dərin qohumluq əlaqələrinə toxunaraq deyib: Münasibətlərin genişləndirilməsi hər iki ölkənin iradəsi və siyasətidir və mən şübhə etmirəm ki, bu səfər fəaliyyət və əlaqələrin inkişafında xüsusi rol oynayacaqdır.

Azərbaycan Prezidenti Şəhid Rəcai Limanında baş verən partlayışa və Bəndər Abbasda bir sıra əziz həmvətənlərimizin həlak olmasına toxunaraq, bir daha İran hökumətinə və xalqına başsağlığı verərək deyib: Uca Allahdan həlak olanlara rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm.

Əliyev deyib: Bu hadisəyə baxmayaraq, cənab Pezeşkiyan Azərbaycana səfər etdi və biz bunu çox müsbət və önəmli addım hesab edirik. Arzu edirik ki, Allah ölkələrimizi və xalqlarımızı bu fəlakətlərdən qorusun, regionda və ölkələrimizdə daim sülh və əmin-amanlıq hökm sürsün.

Prezident çıxışının sonunda deyib: Biz regional proseslərə, davamlı sülhə, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə, daxili işlərə qarışmamağa xüsusiönəm veririk.

Sizin rəyiniz

You are replying to: .